"Atletiko" futbolçuya "Barselona"nın təklifinin 2 qatını etdi

22:10 - 10 İyun 2026

"Atletiko" Bernardo Silvaya "Barselona"nın təklif etdiyindən iki dəfə yüksək maaş təklif edib.

Sportal.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.

Bundan əlavə, Madrid klubu keçmiş "Mançester Siti" yarımmüdafiəçisinə əsas heyətdə daimi yer vəd edib. “Barselona” isə buna zəmanət verməyib.

Portuqaliyalı futbolçu son günlərdə “Barselona”dan xeyli uzaqlaşıb. Halbuki ötən həftə onun Kataloniya klubuna keçidinin demək olar ki, tamamlandığı bildirilirdi. Futbolçunun iki illik müqavilə imzalaması planlaşdırılırdı.

“Barselona” rəhbərliyi isə Bernardonun transferi uğrunda maliyyə yarışına qoşulmaq niyyətində olmadığını açıq şəkildə bildirib. Klub iki illik müqavilə təklifini təqdim edib və əvvəlcə futbolçunun bunu qəbul edəcəyinə ümid edirdi.

Xəbər xətti