"Fənərbaxça"nın sabiq futbolçusunun “Beşiktaş”a keçidi baş tutmadı

11:22 - 11 İyun 2026

"Lans"ın futbolçusu Allan Sent-Maksiminin “Beşiktaş”a keçidi reallaşmayacaq.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” mövsümün gedişində fransız yarımmüdafiəçinin keçidini planlaşdırsa da, bundan vaz keçib.

Səbəb isə komandanın baş məşqçisi Vinçentso İtalianodur. Rəhbərlik Allanı transfer etmək istəsə də, italiyalı mütəxəssis bunu dəstəkləməyib.

"Lans"la müqavilə müddəti bu ayın sonunda başa çatacaq vinger “Sent-Etyen”, “Monako”, “Hannover”, “Bastiya”, “Nitsa”, “Nyukasl”, “Əl-Əhli”, “Fənərbaxça”, “Amerika” klublarında çıxış edib.
 

Xəbər xətti