Paytaxt klubu Ələkbərovla anlaşdı

12:28 - 11 İyun 2026

I Liqada mübarizə aparan “Baku Sportinq”in yeni baş məşqçisi açıqlanıb.

Sportal.az xəbər verir ki, komandanın “sükanı” Samir Ələkbərova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

57 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Ələkbərov “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” və “İrəvan” klublarında işləyib. O, son olaraq “Baku Sportinq”də akademiyada koordinator vəzifəsində çalışırdı.

Xəbər xətti