Aksel Disasi ilə Çelsi yayda ayrılıq barədə razılığa gəlib və tərəflər bu gedişi qarşılıqlı məqbul hesab edir.
Sportal.az BBC-yə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin müqaviləsində hələ üç il qalmasına baxmayaraq, onun klubdan ayrılması planlaşdırılır.
Disasi 2023-cü ildə "Monako"dan 38,5 milyon funt-sterlinqə transfer olunmuşdu. Bildirilir ki, futbolçu ilə Premyer Liqadan iki klub və Serie A-dan bir komanda maraqlanır.
O, ötən mövsüm 6 aylıq icarə əsasında "Vest Hem" 14 oyuna çıxıb. “West Hem” onun qalmasını istəyirdi, lakin klubun Premyer Liqadan düşməsi transferi mümkünsüz edib.
saytlarin hazirlanmasi
