"Bilirdik ki, rəqibimiz FİFA reytinqində bizdən aşağı pillədədir. İstəyirdik ki, bu matçda daha çox qollar vuraq, daha rahat qələbə qazanaq. Əsas odur ki, San Marinoya qalib gəldik. Amma qol epizodlarından daha çox yararlanmalıyıq. Çünki şanslarımız az deyildi. Bunun üzərində çox işləyəcəyik, daha da yaxşı olacağıq. Yoldaşlıq görüşləridir. Bizi qarşıda əsas Millətlər Liqasının matçları gözləyir. Əsas hədəfimiz o oyunlarda qalib gələrək, qrupu lider başa vuraraq C divizionuna yüksəlməkdir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının müdafiəçisi Rüfət Abbasov deyib.
O, Avstriya toplanışı çərçivəsində millimizin Malta(0:2) və San Marinoya(2:1) qarşı keçirilmiş matçlarını müzakirə edib. Abbasov həmçinin öz performansını da dəyərləndirib: "Yaxşı mövsüm keçirdim. Düzdür, ağır mövsüm idi. Öz üzərimdə daha da çox işləyəcəm. Həvəsdən düşmək olmaz. Əvəzedici heyətdə oynadığım vaxt, heç kim mənə güvənməyəndə Ayxan Abbasov mənə inandı. Oyunlarda səhvlər edirdim, səhvlərimdən də qapımıza qollar vuruldu. Ancaq yenə də, mənə güvəndi. Ona təşəkkür edirəm. Ayxan Abbasovla işləmək qürurvericidir. Nə istədiyini bilirəm deyə, mənim üçün də rahatdır".
Sonda isə 21 yaşlı müdafiəçi "Neftçi"yə transferini şərh edib: "Hər futbolçunun arzusu "Neftçi"yə keçməkdir. Bunun üçün qüruruluyam. Çünki "Neftçi"nin akademiyasında yetişmişəm. Bir həftədən sonra orada toplanışdır. Formamı yığıb, "Neftçi" üçün ən yaxşısını etmək istəyirəm. "Neftçi" kimi komandada əsas heyətə düşmək çətindir. Amma əlimdən gələni edəcəm ki, əsas heyətə düşüm".
Mirbağırağa
saytlarin hazirlanmasi
