Serbiyalı müdafiəçi 7 il sonra komandadan ayrılır

22:31 - 11 İyun 2026

Nemanya Qudelj müqaviləsinin müddəti başa çatdığı üçün "Sevilya"dan ayrılacaq.

Sportal.az xəbər verir ki, klubun açıqlamasında bildirilir ki, çərşənbə günü tərəflər arasında keçirilən görüşdə qarşılıqlı razılıq əsasında serbiyalı futbolçunun 30 iyun tarixində, müqaviləsinin bitdiyi gün komandadan ayrılması qərara alınıb.

Qudelj 2019-cu ilin yayında 27 yaşında “Sevilya”ya qoşulmuşdu. O, əvvəlcə dördillik müqavilə imzalamış, daha sonra isə 2023-cü ildə bu müqavilə daha üç mövsüm uzadılmışdı.

34 yaşında klubdan ayrılan müdafiəçi yeddi mövsüm ərzində “Sevilya”nın heyətində 261 rəsmi oyuna çıxıb və klub tarixində ən çox oyun keçirən əcnəbi futbolçular arasında beşinci yeri tutur.

Qudelj Avropa Liqasında 2020 və 2023-cü illərdə “Sevilya” ilə çempionluq qazanıb.

Xəbər xətti