Haiti milli komandası dünya çempionatındakı debütünə hazırlaşır.
Sportal.az xəbər verir ki, yığma bu tarixi hadisəni mundialda geyinməyi planlaşdırdığı xüsusi buraxılışlı ev forması ilə qeyd edib.
Futbolkanın üzərində Haiti üsyançılarının Birinci Fransa Respublikasına qarşı mübarizədə ölkənin müstəqilliyini təmin etdiyi 1803-cü ilə aid Vertier döyüşünün illüstrasiyası əks olunub. Komanda FIFA məsələyə müdaxilə etməzdən əvvəl, artıq bu formada Floridada Yeni Zelandiya (4:0) və Peruya (1:2) qarşı iki yoxlama oyununa çıxıb.
Dünya futbolunun rəhbər orqanı təsvirdə siyasi kontekst görərək Haitiyə qarşıdan gələn mundialda bu formadan istifadə etməyi qadağan edib. Formanın kolumbiyalı istehsalçısı "Saeta" şirkətinin bəyanatları da vəziyyəti dəyişməyib.
Qeyd edək ki, Haiti yığması dünya çempionatında Şotlandiya, Braziliya və Mərakeş ilə eyni qrupda mübarizə aparacaq.
saytlarin hazirlanmasi
