"Qəbələ"dən ayrılan müdafiəçi "Şəfa"da

12:55 - 12 İyun 2026

“Şəfa” yay transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, müdafiəçi Murad Musayevlə müqavilə imzalanıb. Anlaşmanın müddəti 1 illikdir.

Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasının böyük hissəsini “Qəbələ”də keçirib. O, eyni zamanda “Zirə”, “Şüvəlan” və “Səbail”in heyətində də çıxış edib.

Xəbər xətti