"Sumqayıt"ın müdafiəçisi Türkiyədə əməliyyat olundu - uzun müddət oynamayacaq

13:29 - 12 İyun 2026

“Sumqayıt”ın müdafiəçisi Kənan Feyziyev əməliyyat olunub.

Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Zirə” ilə matçın gedişində zədələnən gənc oyunçunun Türkiyənin paytaxtı Ankara şəhərindəki “Acıbadem” xəstəxanasında tanınmış cərrah Prof.Dr. Mehmet Serdar Binnet tərəfindən aparılan əməliyyatı uğurlu keçib.

Qeyd edək ki, ön çarpaz bağ və menisk əməliyyatı keçirən Kənan Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.

#sumqayıtfk #sumgaitfc #böyükşəhərintəkkomandası

Xəbər xətti