İtaliyanın "Sassuolo" klubunun yeni baş məşqçisi məlum oolub.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Alberto Akvilani çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Alberto Akvilaninin son klubu "Katandzaro" olub. "Sassuolo" isə Fabio Qrosso ilə yollarını ayırıb.
saytlarin hazirlanmasi
