"Köln" "Mançester Siti"dən mərkəz müdafiəçisi Hahmai Simpson-Pyusinin transfer hüquqlarını tam alıb.
Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçu bu ilin yanvarında Almaniya klubuna icarə əsasında qoşulmuşdu. İndi isə o, “Köln”lə 2030-cu ilin yayına qədər qüvvədə olacaq tamhüquqlu müqavilə imzalayıb.
Bild nəşrinin məlumatına görə, “Mançester Siti” bu transferdən 5 milyon avrodan bir qədər çox gəlir əldə edəcək.
Simpson-Pyusi ötən mövsüm Bundesligada 11 oyunda iştirak edib, 2 sarı və 1 qırmızı vərəqə alıb.
saytlarin hazirlanmasi
