Ançelotti Neymarın ilk matçda oynamayacağını təsdiqlədi

10:42 - 13 İyun 2026

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın DÇ-2026-nın Mərakeşlə ilk oyununda komandasına kömək edə bilməyəcəyini təsdiqləyib.

Sportal.az xəbər verir ki, səhhətindəki problemlərə baxmayaraq, 34 yaşlı hücumçu "Selesao"nun mundial üçün iştirak ərizəsinə daxil edilib. İtaliyalı mütəxəssisin sözlərinə görə, futbolçu zədədən sonra bərpa prosesini davam etdirir və hələlik meydana çıxmağa hazır deyil:

​"Neymar mümkün qədər tez sağalmaq üçün çox intensiv çalışır. Onun gələn həftə sağalaraq ümumi qrupa qoşulacağını gözləyirik".

Neymarın fiziki forması səbəbindən dünya çempionatında iştirakı xeyli müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, Braziliya - Mərakeş matçı iyunun 14-ü, Bakı vaxtı ilə saat 02:00-da start götürəcək.

Xəbər xətti