"İnter"in mərkəz yarımmüdafiəçisi Davide Frattezi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Nottingem Forest" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Premyer Liqa klubu 26 yaşlı Frattezinin potensial transferi ilə bağlı danışıqlara başlayıb. İtaliya çempionu 26 yaşlı oyunçu üçün 25-30 milyon avro tələb edir.
Qeyd edək ki, Davide Frattezi 2023-cü ilin yayından "İnter"də çıxış edir. İtaliya millisinin üzvü 2025/26 mövsümündə Milan təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
