Fransa millisinin keçmiş yarımmüdafiəçisi Pol Poqba “Real”ın(Madrid) hücumçusu Kilian Mbappenin üzləşdiyi təzyiq barədə fikirlərini bölüşüb.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, təcrübəli futbolçu Mbappeni dəstəkləyib:
"Əgər o, əla oyun göstərirsə, bu normaldır. Pis və ya orta səviyyəli oyun göstərirsə, tənqid olunacaq. Oyun həmişə çoxdur və onları sakit şəkildə geridə qoymağı bacarmaq lazımdır. Kilian da bunu edir. Buna görə də o, çoxlu qol vurur. Mbappe üçün təzyiq 17 yaşında başlamışdı. Yaşımız artdıqca, bu, bir o qədər güclü olur. Təzyiq müsbət ola bilər və məncə, bu belədir. İstəsək də, istəməsək də, Kilian əla futbolçudur. Buna görə də Mbappe komandanın qalib gəlməsinə kömək etməlidir".
Mbappe bu mövsüm bütün yarışlarda 44 oyun keçirib, 42 qol vurub və yeddi məhsuldar ötürmə edib. Fransa millisi DÇ-2026-da ilk turda iyunun 16-da Seneqalla qarşılaşacaq.
