Martin Anselmi rəsmi olaraq "Elçe" klubunun yeni baş məşqçisi təyin olunub.
Sportal.az xəbər verir ki, 40 yaşlı argentinalı mütəxəssislə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Sazişdə komandanın qarşıya qoyulan idman hədəflərinə çatacağı halda əlavə bir illik uzatma bəndi də yer alır.
Anselmi daha əvvəl müxtəlif klublarda çalışıb, o cümlədən "İndependiente" , "Kruz Azul", "Porto" və "Botafoqo" kimi komandalarda baş məşqçi vəzifəsində olub.
saytlarin hazirlanmasi
