"Dünya çempionatı kim üçündür, azarkeşlər üçün, yoxsa reklamverənlər üçün? - Kloppdan sərt fikirlər

00:33 - 14 İyun 2026

Yurgen Klopp DÇ-2026 zamanı tətbiq edilən su fasilələri və reklam dayandırmaları ilə bağlı sərt tənqidlər səsləndirib.

Sportal.az xəbər verir ki, Kloppa görə, bu fasilələr rəsmi olaraq futbolçuların sağlamlığı üçün nəzərdə tutulsa da, əslində oyunun kommersiyalaşmasını artırır:

“Futbol rəhbərləri kondisionerli ofislərdə oturublar və oyunun ritmini diktə edirlər. Mən bunu görəndə özümə sual verdim: dünya çempionatı kim üçündür? Azarkeşlər üçün? Oyunçular üçün? Yoxsa reklamverənlər üçün?

Dünya çempionatının matçı çay kimi axmalıdır. Biz isə bu axına reklam yerləşdirmək üçün ortada bəndlər qururuq. Bu, oyunun ruhu üçün təhlükəlidir.”

Alman mütəxəssis bildirib ki, bu tendensiya davam edərsə, futbolun təbii ritmi pozula və oyunun əsas mahiyyəti zəifləyə bilər.

Xəbər xətti