"Mançester Yunayted"in hücumçusu Markus Reşford icarə müddəti bitdikdən sonra “Barselona”dan ayrılacaq.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı ingilis futbolçu üçün 30 milyon avroluq transfer təklifi etməyəcək.
Bu transfer hüququ iyunun 15-də başa çatacaq.
"Mançester Yunayted" Reşfordun heyətə qayıtmasını nəzərdən keçirir. Baş məşqçi Maykl Kerrik artıq oyunçunun mövsümöncəsi təlim-məşq toplanışında iştirakını müzakirə edib.
