"Mançester Siti" fransız müdafiəçini izləyir

13:22 - 14 İyun 2026

"Mançester Siti" Fransa millisinin futbolçusu Malanqa Sarrı transfer etməyi planlaşdırır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “şəhərlilər” 27 yaşlı müdafiəçinin meneceri ilə görüşüb və ona rəsmi təklif irəli sürüblər.

Lakin Sarr təklifin İngiltərə nəhəngindən gəlməsinə baxmayaraq, qərar verməkdə tələsmir. Çünki ona həm də “Atletiko”, həm də “Əl-Hilal” sərfəli təklif göndərib.

Fransız “Nitsa”, “Çelsi”, “Porto”, “Monako” klublarının formasını geyinib.
 

Xəbər xətti