Almaniya millisinin sabiq üzvü Yulian Brandt karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray”dan sonra “Fənərbaxça” da almana təklif göndərib.
Tərəflər arasında danışıqların getdiyi iddia olunur. Brantın İstanbulun bu iki klubu arasında seçim edəcəyi gözlənilir.
Onun “Borussiya”(Dortmund) ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq. O, “Bayer”də (Leverkuzen) oynayıb.
