Dünya çempionatında qol vurdu, tarixə düşdü

20:39 - 15 İyun 2026

"Mançester Yunayted”in futbolçusu Amad Diallo Fil Dişi Sahili millisinin dünya çempionatları tarixində qol vuran ən gənc futbolçu kimi tarixə düşüb.

Sportal.az “Reuters”ə istinadən xəbər verir ki, Diallo 23 yaş 11 aylığında dünya çempionatının ilk turunun Ekvadorla görüşündə fərqlənib.

O, meydana sonradan daxil olub və 90-cı dəqiqədə komandasının qalibiyyət qoluna imza atıb. 

Əvvəlki rekord 2006-cı il dünya çempionatında Niderlandla(2:1) görüşündə qol vuran Bakari Koneyə məxsus idi.

O, həmin vaxtı 24 yaş 8 aylığında olarkən qol vurmuşdu. 
 

Xəbər xətti