Neymar qərarını verməyib - yeni müqavilə təklif etdilər

12:18 - 15 İyun 2026

Neymar yeni mövsümə də Braziliyada başlayacaq.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçuya “Santos”dan yeni müqavilə təklifi gəlib.

Hazırda zədəsini tam sağaldıb, dünya çempionatında oynamağa fokuslanan Neymar mundialdan sonra qəti qərarını verəcək.

Onun “Santos”la müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir. Neymarın xidmətində “Atlas”, “Sinsinnati” də maraqlıdır. Təcrübəli futbolçu “Barselona”, PSJ və “Əl-Hilal” klublarının formasını geyinib.
 

Xəbər xətti