Sami Xedira Joze Mourinyonun rəhbərlik etdiyi "Real"ın məşqçilər korpusuna daxil olacaq.
Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, Almaniya millisinin sabiq yarımmüdafiəçisi Madrid klubunda baş məşqçinin köməkçisi vəzifəsini tutacaq. Bu, Xediranın peşəkar məşqçilik karyerasında ilk təcrübəsi olacaq.
Bildirilir ki, Mourinyo komanda ilə məşqçilər korpusu arasında əlaqələndirici rolunu oynaya biləcək bir köməkçi axtarırdı və bu seçimdə Xediranın həm futbolçu karyerası, həm də “Real”ı yaxından tanıması mühüm rol oynayıb.
Xatırladaq ki, Xedira 2010–2015-ci illərdə “Real"da çıxış edib və həmin dövrdə Mourinyonun rəhbərliyi altında oynayıb. Daha əvvəl portuqaliyalı mütəxəssisin bu vəzifə üçün sabiq müdafiəçi Pepeni də nəzərdən keçirdiyi bildirilirdi.
saytlarin hazirlanmasi
