"Borussiya"nın yarımmüdafiəçisi Feliks Nmeça karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Bundesliqa klubu 25 yaşlı oyunçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, "Borussiya" Feliks Nmeçanı 2023-cü ilin yayında "Volfsburq"dan 30 milyon avroya transfer edib. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
