"Tottenhem" Niderland millisinin üzvünü 60 milyon avroya transfer edir

22:18 - 16 İyun 2026

"Brayton"un müdafiəçisi Yan Paul van Hekke İngiltərə Premyer Liqasında klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Tottenhem" niderlandlı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Tottenhem" 26 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Brayton" Yan Paul van Hekkeni 202-ci ilin yayında "NAK Breda"dan 2 milyon avroya transfer edib. Niderland millisinin üzvü 2025/26 mövsümündə "qağayılar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti