Alvaro Karreras "Çelsi"yə keçə bilər.
Sportal.az xəbər verir ki, 27 yaşlı Mark Kukurellanın 4 mövsümdən sonra "Real"a transferindən sonra London klubu onun yerinə namizədlər axtarır və Karreras əsas variantlardan biri hesab olunur.
As nəşrinin məlumatına görə, “Çelsi” ispaniyalı müdafiəçini qısa siyahısına daxil edib. Klub mümkün transferin şərtlərini araşdırır və futbolçunun cəmi bir il əvvəl "Benfika"dan keçdiyi Madrid təmsilçisini tərk etməyə hazır olub-olmadığını öyrənməyə çalışır.
“Real” Karrerası satılmaz futbolçu hesab etmir. Lakin 23 yaşlı müdafiəçinin gələcəyi ilə bağlı hələ yekun qərar verilməyib. Baş məşqçi Joze Mourinyo onun komandada qalaraq Kukurelya ilə rəqabət aparmasını istəyir.
Bununla belə, sol cinah müdafiəçisi mövqeyində rəqabəti Fran Qarsiyanın da təmin edə biləcəyi qeyd olunur. Buna görə Karrerasın gələcək taleyi yaxın aylarda dəqiqləşəcək.
saytlarin hazirlanmasi
