"Arsenal" "Manu Kone transferi üçün ciddi addımlar atır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, London klubu artıq "Roma"nın yarımmüdafiəçisinin nümayəndələri ilə razılıq əldə edib. 25 yaşlı fransız futbolçu da karyerasını Premyer Liqada davam etdirməyə üstünlük verir.
Bildirilir ki, Kone üçün "Atletiko" və "İnter" də maraq göstərir. Bununla yanaşı, PSJ variantı da futbolçu üçün cəlbedici hesab olunur.
Roma klubu yarımmüdafiəçinin transferindən 50 milyon avro gəlir əldə etmək istəyir. Paytaxt təmsilçisinin maliyyə baxımından UEFA ilə bağlanmış razılaşmanın şərtlərinə əməl etməsi üçün iyunun 30-dək oyunçu satışı həyata keçirməsi vacibdir.
Hazırda klubun əsas məqsədi Matias Souleni satmaqdır. Lakin argentinalıya marağın gözləniləndən aşağı olması səbəbindən, dünya çempionatından sonra Kone transferi Romanın əsas satış planına çevrilə bilər.
saytlarin hazirlanmasi
