"Zirə" Gürcüstan klubu ilə qarşılaşacaq - Konfrans Liqası

20:13 - 16 İyun 2026

Konfransı Liqasının birinci təsnifat mərhələsinin püşkatması bu gün keçirilib.

Sportal.az xəbər verir ki, püşkatmadan əvvəl səpələnməmiş sırasında yer alan "Zirə"nin də ilk rəqibi məlum olub. 

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Gürcüstanın "Torpedo" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, birinci turun oyunları 9 və 16 iyul tarixlərində keçiriləcək.
 

Xəbər xətti