"Milan" yeni baş məşqçisini açıqladı

20:40 - 16 İyun 2026

İtaliyanın "Milan" klubunun yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Ruben Amorim çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Amorimin son iş yeri "Mançester Yunayted" olub. "Milan" isə Massimiliano Alleqri ilə yollarını ayırıb.

Xəbər xətti