Azərbaycanda legioner həyatı yaşamış yeganə kiprli olan Georgios Pelagios Sportal.az saytına danışan kiprli Azərbaycanın U-21 yığmasının üzvü Murad Məmmədov “Neftçi”dən “Pafos”a keçidini şərh edib.
Onun sözlərinə görə, Məmmədov “Pafos”a keçməklə irəliyə addım atıb: "Məncə, bu, hər iki tərəf üçün yaxşı transferdir. “Pafos” gələcəyi olan gənc oyunçu ilə müqavilə imzaladı. Murad özü də yaxşı klubda oynamaq və Avropada özünü göstərməyə çalışmaq şansı qazanacaq.
Təbii ki, hər şey futbolçunun xarakterindən də asılıdır. Məsələn, Azərbaycan millisinin üzvü Mahir Emreli. Onun Avropada yaxşı karyerası var. Çünki o, gənc yaşlarından Avropada oynamaq arzusunda idi və bunun üçün çox çalışdı. Onunla birlikdə “Bakı”da oynamışıq. Bu arzusunu da reallaşdırır. İndi də Avropada çıxış edir".
Mirbağırağa
