Niko Pas növbəti mövsümü "Komo"nun heyətində keçirmək istədiyini "Real" rəhbərliyinə bildirib.
Sportal.az İspaniya mediasına istinadən xəbər verir ki, Madrid klubu gənc oyunçunu geri almaq variantını aktivləşdirməyi planlaşdırır. Lakin futbolçu özü daha bir mövsüm Sesk Fabreqasın komandasında icarə əsasında çıxış etməkdə israrlıdır.
21 yaşlı hücumameyilli yarımmüdafiəçi hesab edir ki, "Komo"da keçirəcəyi daha bir il onun inkişafı baxımından faydalı olacaq.
Qeyd edək ki, Niko Pas 2024-cü ilin yayından "Komo"da çıxış edir. Argentina millisiinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
