Transfer çalışmalarını davam etdirən "Şahdağ Qusar" daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, son mövsümü "Səbail"in heyətində keçirən Fəxri Məmmədli ilə müqavilə imzalanıb. 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olan futbolçunun müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Şahdağ Qusar" bu transferə qədər Elməddin Sultanov, Urfan İsmayılov və Rafil Qafarovun da keçidini açıqlamışdı.
saytlarin hazirlanmasi
