"Yuventus"un yarımmüdafiəçisi Premyer Liqa klublarının hədəfində

17:33 - 17 İyun 2026

"Yuventus"un yarımmüdafiəçisi Kefren Türam karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Nottingem Forest" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

İngiltərə klubu Türam üçün "Yuventus"a rəsmi təklif göndərib. A Seriyası nəhəngi oyunçusu üçün 40 milyon avro tələb edir.

25 yaşlı futbolçu ilə "Aston Villa" və "Nyukasl" da maraqlanır.

Qeyd edək ki, "Yuventus" Kefren Türamı 2024-cü ilin yayında "Nitsa"dan 20,6 milyon avroya transfer edib. Frasna millisinin üzvü 2025/26 mövsümündə Turin təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti