"Zirə"nin II mərhələdəki potensial rəqiqləri bəllidir

16:35 - 17 İyun 2026

"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Torpedo" (Kutaisi) səddini keçsə, "Hegelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

Xəbər xətti