Fransa futbolu ağır itki ilə üzləşib. Erik Roy 58 yaşında vəfat edib.
Sportal.az xəbər verir ki, bu barədə ailəsi onun sosial şəbəkə hesabı vasitəsilə məlumat verib.
Ailəsinin açıqlamasında bildirilir ki, Roy son üç il yarım ərzində penkreas xərçəngindən əziyyət çəkirdi.
“Son üç il yarım ərzində Erik mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı. Bu müddət ərzində o, ailəsinə, futbola və işinə olan sevgisinin verdiyi güclə yaşamağa davam etdi. Son illərdə əldə etdikləri bizim üçün həmişə möhtəşəm nailiyyət olaraq qalacaq.”
Roy 2023-cü ilin yanvarından etibarən "Brest"in baş məşqçisi idi. Onun rəhbərliyi altında "Brest" 2023/24 mövsümünün yekununda tarixində ilk dəfə olaraq UEFA Çempionlar Lİqasına vəsiqə qazanmışdı.
Futbolçu kimi isə Roy "Nitsa", "Lion", "Marsel", "Troyes", "Sanderlend" və "Rayo Valyekano" formalarını geyinib.
saytlarin hazirlanmasi
