"Real" "Neqreyra işi" ilə bağlı UEFA-ya rəsmi bəyanat göndərib.
Sportal.az xəbər verir ki, sənədin tam mətni "kral klubu"nun mətbuat xidməti tərəfindən dərc olunub.
Klub intizam orqanlarına "Barselona"nın İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya etdiyi uzunmüddətli və şəffaf olmayan ödənişlərə dair ciddi sübutların mövcudluğu barədə məlumat verib.
"Real" nümayəndələrinin fikrincə, bu maliyyə köçürmələri hakimlərə qeyri-qanuni təsir göstərildiyindən xəbər verir ki. Bu da idman nəticələrinin bərabərlik, neytrallıq və əvvəlcədən proqnozlaşdırıla bilməməsi prinsiplərinə ziddir. Madridlilər UEFA-nı əvvəllər başladılmış intizam icraatını dərhal bərpa etməyə çağırır.
Paytaxt təmsilçisi araşdırmanın illərlə uzanmasını, futbola və onun rəhbər qurumlarına olan etimadı sarsıtmasını qəbuledilməz hesab edir. "Real" Avropa futbolu rəhbərliyindən paralel gedən məhkəmə prosesinin nəticələrindən asılı olmayaraq, idman müstəvisində qəti, nümunəvi və təxirəsalınmaz reaksiya tələb edirlər.
saytlarin hazirlanmasi
