"Turan Tovuz"un avrokuboklara buraxılmaması barədə məlumatlıyam. Təbii ki, bir komandanın avrokuboklara vəsiqə qazansa da, buraxılmaması üzücüdür. "Neftçi" buna görə 2-ci təsnifat mərhələsindən başlayacaq. Allah qoysa, onlar uğurlu olar və Konfrans Liqasında liqa mərhələsinə qədər yüksələr".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin veteran futbolçusu Slavko Georgiyevski deyib. Şimali makedoniyalı məşqçi "Neftçi"nin 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri "Dinamo"(Minsk) və "Sileks"(Şimali Makedoniya) haqda da fikirlərini bildirib: "Sileks"in baş məşqçisi mənim dostum və qardaşım kimi olan biridir. Çox istəyərdim ki, onlar "Dinamo"nu məğlub etsinlər. Amma bu, çətin olacaq. "Neftçi"nin 2-ci mərhələdə "Sileks"lə qarşılaşmasını istəyərdim. İndiki zamanda asan oyun yoxdur. "Neftçi" qalib gəlmək istəyirsə, maksimum dərəcədə ehtiyatlı və 200 faiz hazır olmalıdır. Yuri Vernidubun gəlişindən sonra keçirilmiş mövsüm həqiqətən yaxşı alındı. İndi pozitiv məqamlar çoxdur. Allah qoysa, bunlar davam edər".
Slavko, 2012/2013 mövsümündə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmış "Neftçi"ni yenidən liqa mərhələsində görmək istəyir: "Bilirsiz, "Neftçi" böyük klubdur. Mən onların avrokuboklarda hər mövsüm qruplarda, yeni dillə desək, liqa mərhələsinə vəsiqə qazanmasını istəyirəm. Bunu mütləq etmək lazımdır".
Mirbağırağa
