"Tottenhem" müdafiə xəttini gücləndirmək üçün Jan Paul van Heke transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, 26 yaşlı Niderland millisinin üzvü London klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Transferin dəyəri 52 milyon funt-sterlinq olub. Bundan əlavə, "Brayton" futbolçunun gələcək satışından 20% pay əldə edəcək.
Van Heke 2020-ci ilin sentyabrında "Brayton"a təxminən 1,8 milyon funt qarşılığında keçmişdi və o vaxtdan bəri klubun əsas müdafiəçilərindən birinə çevrilmişdi.
saytlarin hazirlanmasi
