"Lion"un vingeri Afonso Moreyra "Bayer"(Leverkuzen)ə transfer edilib.
Sportal.az xəbər verir ki, Fransız klubunun açıqlamasına görə, 21 yaşlı portuqaliyalının transferi bonuslarla birlikdə 33 milyon avroya qədər yüksələ bilər. Əlavə olaraq, "Lion" futbolçunun gələcək satışından 10% pay əldə edəcək.
Futbolçu ilə Leverkuzen klubu arasında 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Afonso Moreyra “Ligue 1”də yalnız bir mövsüm çıxış edib. O, 27 oyunda 7 məhsuldar ötürmə ilə yadda qalıb və komandasının ən yaxşı assistentlərindən biri olub.
saytlarin hazirlanmasi
