"Osasuna"nın futbolçusu Viktor Munyos karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Liverpul" ispaniyalı vingerin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Premyer Liqa nəhəngi Munyos üçün 20 milyon avro təzminat ödəyəcək. 22 yaşllı ön xətt oyunçusu "Liverpul"la 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Osasuna" Viktor Munyosu 2025-ci ilin yayında "Real"dan 5 milyon avroya transfer edib. İspaniya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
