Ronaldodan antirekord - 25 dəfə topa toxundu

00:14 - 18 İyun 2026

Kriştiano Ronaldo Portuqaliya millisinin Konqo yığması ilə 1:1 hesablı heç-heçə etdiyi oyunda topa çox az toxunub.

Sportal.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turunda baş tutan qarşılaşmada Portuqaliya millisinin kapitanı meydanda 90 dəqiqə qalsa da, cəmi 25 dəfə topa toxunub.

Bu göstərici Ronaldonun dünya və Avropa çempionatlarında tam oynadığı matçlar arasında ən aşağı nəticədir və onun şəxsi antirekordu hesab olunur.

Statistika göstərir ki, portuqaliyalılar hücum xəttində Ronaldonu oyuna kifayət qədər cəlb edə bilməyiblər. Buna baxmayaraq, təcrübəli forvard komandanın əsas liderlərindən biri olaraq qalır və qarşıdakı oyunlarda daha fəal çıxış etməyə çalışacaq.

Xəbər xətti