"İnter" baş məşqçisi ilə müqavilə yenilədi - daha 2 il komandada qalacaq

22:22 - 18 İyun 2026

"İnter" və baş məşqçi Kriştian Çivu yeni müqavilə imzalayıblar.

Sportal.az xəbər verir ki, yeni razılaşmaya əsasən, 45 yaşlı rumıniyalı mütəxəssisin müqaviləsi 2028-ci ilin yayına qədər uzadılıb.

Keçmişdə “İnter”in formasını da geyinmiş Kivu komandanın baş məşqçisi vəzifəsinə 2025-ci ilin yayında təyin olunmuşdu. O, ilk mövsümündə böyük uğura imza ataraq Milan klubunu həm Serie A çempionluğuna, həm də "Coppa Italia" qələbəsinə daşıyıb.

Bu uğurlu nəticələrdən sonra klub rəhbərliyi Kivunun fəaliyyətindən razı qalaraq onunla əməkdaşlığı daha 2 il uzatmaq qərarına gəlib.

Xəbər xətti