"Beşiktaş" "Marsel"in yarımmüdafiəçisi Pyer-Emil Hyöyberqi transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
İstanbul nəhəngi danimarkalı futbolçu üçün 10 milyon avroluq təklif göndərib. Fransa klubu bu təklifə rədd cavabı verib. Onlar 30 yaşlı dayaq yarımmüdafiəçisinin satışından daha çox gəlir əldə etmək istəyirlər.
Qeyd edək ki, "Marsel" Pyer-Emil Hyöyberqi 2024-cü ilin yayından "Tottenhem"dən transfer edib. Danimarka millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
