"Şəfa" futbolçusu Nahid Əliyev ilə müqavilə müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Nahid 2025-ci ilin yayından “Şəfa”da oynayır.
O, karyerası ərzində "Mingəçevir” və “Turan Tovuz"da çıxış edib.
Qeyd edək ki, “Şəfa” bunadək Tərlan Quliyev, Elnur Cəfərov və Ramin Nəsirli ilə də müqavilə uzadıb.
saytlarin hazirlanmasi
