Premyer Liqa klubu 19 yaşlı futbolçu üçün 30 milyon funt-sterlinq təklif etdi

23:11 - 19 İyun 2026

"Brayton" Luka Vuşkoviç üçün "Tottenhem"ə yeni rəsmi təklif göndərib.

Sportal.az xəbər verir ki, təklifin məbləği bonuslar daxil olmaqla 45 milyon funt-sterlinqdir. Bundan əvvəl “Brayton” 19 yaşlı mərkəz müdafiəçisi üçün 30 milyon funt təklif etmişdi.

Bildirilir ki, “Tottenhem” xorvatiyalı futbolçunun gələcəyi ilə bağlı yaxın vaxtlarda qərar verəcək. Klub artıq ona görə edilən iki təklifi rədd edib.

Luka Vuşkoviç 2023-cü ilin sentyabrında "Hayduk"dan təxminən 12 milyon funt qarşılığında transfer olunub. Yaş məhdudiyyətinə görə o, rəsmi olaraq 2025-ci ildə “Tottenhem”in futbolçusuna çevrilib.

Maraqlıdır ki, gənc müdafiəçi hələ London klubunun əsas komandasında rəsmi oyuna çıxmayıb. O, ötən mövsümü icarə əsasında "Hamburq"da keçirib və Bundesliqada 28 matçda 6 qol vuraraq müdafiəçi üçün olduqca təsirli statistika göstərib.

Xəbər xətti