DÇ-2026-da qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.
Sportal.az xəbər verir ki, C qrupunda Braziliya Haiti ilə qarşılaşıb. Matç Karlo Ançelottinin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 4-ə yüksəldən Braziliya yığması qrupun lideridir. İki oyunda da uduzan Haitinin isə qrupdan çıxmaq şansı qalmayıb.
Braziliya - Haiti 3:0
Qollar: Mateus Kunya, 23, 36, Vinisius Junior, 45+3
