Braziliya milli komandasının futbolçusu Neymar zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib. İtaliyalı mütəxəssis 34 yaşlı vingerin Şotlandiya ilə matçda oynamağa hazır olacağını bildirib:
"Neymar şənbə günün fərdi məşq edəcək. O, bazar günü isə komanda ilə birlikdə məşqlərə qayıdacaq. Neymar Şotlandiya ilə oyunun heyətində yer alacaq"
Qeyd edək ki, Şotlandiya - Braziliya qarşılaşması 25 iyun tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 02:00-da start götürəcək.
saytlarin hazirlanmasi
