Dünya çempionatları tarixində ən çox oyun keçirən qolkiper

00:02 - 21 İyun 2026

Manuel Noyer dünya çempionatları tarixində qapıçılar arasında yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki, 40 yaşlı qolkiper Almaniya millisinin KotDivuar yığması ilə DÇ-2026-nın 2-ci tur oyununda start heyətində meydana çıxaraq dünya çempionatlarındakı matçlarının sayını 21-ə çatdırıb.

Bununla da Noyer qapıçılar arasında bu göstəricidə təkbaşına lider olub. O, əvvəlki rekordçu Huqo Llorisi geridə qoyub. Fransa millisinin sabiq kapitanının hesabında dünya çempionatlarında 20 oyun var.

Noyerr daha əvvəl də Almaniya millisinin ən uğurlu futbolçularından biri kimi tarixə düşmüşdü. İndi isə 21-ci dünya çempionatı oyunu ilə turnirin ən təcrübəli qapıçısı statusunu rəsmən əldə edib.

Xəbər xətti