"Bu məsələdə Ronaldo ilə müqayisə oluna biləcək futbolçu yoxdur" - yığmanın üzvü

23:28 - 21 İyun 2026

Fransisko Konseysao bildirib ki, Portuqaliya millisində futbolçular topu məcburi şəkildə Kriştiano Ronaldoya ötürməyə yönləndirilmir.

Sportal.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsində Konqo millisi ilə 1:1 hesablı heç-heçədən sonra danışan Konseysao Ronaldonun qol vurmaq bacarığını yüksək qiymətləndirib:

“Xeyr, Kriştiano qol vurmağa qadirdir. Bu baxımdan onunla heç kim müqayisə oluna bilməz və bizi topu ona verməyə məcbur etmirlər.”

Portuqaliyalı yarımmüdafiəçi meydandakı qərarların instinktiv verildiyini vurğulayıb:

“Məsələn, mən topu ən yaxşı mövqedə olan oyunçuya ötürürəm və həmin anda komanda yoldaşlarımdan hansının yanımda olduğunu düşünməyə vaxtım olmur. Bunlar millisaniyələr içində verilən qərarlardır.”

Konseysao əlavə edib ki, Ronaldo komandanın digər üzvlərinə kömək etmək üçün çalışan liderlərdən biridir:

“Kriştiano burada milli komandadakı hər bir oyunçuya kömək etmək üçün var.”

Bu açıqlama son illərdə tez-tez müzakirə olunan “Portuqaliya Ronaldoya görə oynayır” fikrinə cavab kimi qiymətləndirilir.

Xəbər xətti