Ruslar "Napoli"dən 40 milyon avro tələb edir

18:37 - 21 İyun 2026

“Napoli” “Zenit”in hücumçusu Luis Enrike ilə maraqlanır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Sankt-Peterburq klubu 25 yaşlı braziliyalı üçün 40 milyon avro tələb edir.

İtaliya klubu bu məbləği həddindən artıq yüksək hesab edib. Amma hazırda tərəflər arasında danışıqlar davam edir.

25 yaşlı vinger “Fluminense”, “Betis”, “Botafoqo” klublarında oynadıqdan sonra 2025-ci ildə “Zenit”ə keçib. O, Braziliya yığmasında 16 matça çıxıb və 2 qol vurub.

Enrikenin "Zenit"lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti