Domi Massumo "Qəbələ" ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu Ermənistanda çıxış edəcək.
Konqolu vinger "Alaşkert"lə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Domi 2024-cü ildən “Qəbələ”də çıxış edirdi. Sol cinah vingeri klubla müddəti başa çatan müqaviləsini uzatmayıb.
Qeyd edək ki, Domidən əvvəl, "Şamaxı"dan ayrılan Sezar Enrike də "Alaşkert"ə keçmişdi.
saytlarin hazirlanmasi
